Teatrşünaslıq Kafedrasının Müdiri

Əməkdar rəssam, dosent

Rəşad Cabarov Emin oğlu 1993-1997-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq texnikumunu, 1997-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2001-2003-cü illərdə həmin akademiyanın magistr pilləsini bitirmişdir.
2016-cı ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət kafedrasında müəllim, 2020-ci ildən cari tarixə qədər isə həmin kafedranın müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Əməkdar rəssam” fəxri adı almışdır. 30 oktyabr, 2023-cü ildə dosent vəzifəsinə təyin olunmuşdur.
Əsərləri bir çox ölkələrdə, o cümlədən Azərbaycan, Türkiyə, Avstriya, Almaniya, İngiltərə, Yaponiya, ABŞ, Sinqapur, Rusiya, Belarus, Fransa, BƏƏ və s. ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.