ADMİU magistrantı Ülvi Məmmədlinin quruluşunda Zəfər Günü münasibətilə tamaşa təqdim olunub
4 noyabr tarixində İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində Bakı İstanbul Liseyinin Zəfər Günü münasibətilə bədii-kompozisiya proqramı təqdim olunub.
Tədbir çərçivəsində xor və rəqs kompozisiyaları ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisası üzrə I kurs magistrantı Ülvi Məmmədlinin quruluşunda vətənpərvərlik mövzusunda səhnə əsəri nümayiş etdirilib.
Şagirdlərin iştirakı ilə hazırlanan tamaşada Vətən sevgisi, milli birlik, qəhrəmanlıq və Zəfər ruhu səhnə dili vasitəsilə ifadə olunub. Səhnə işi gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və tarixi yaddaşın qorunması ideyasına xidmət edib.
Qeyd edək ki, layihə Bakı–İstanbul Liseyinin “Zəfərin İşığında” tədbiri adı altında və liseyin şagirdlərinin iştirakı ilə həyata keçirilib.

