İnnovasiya və sahibkarlıq mərkəzi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU-nun) Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun nəzdinə fəaliyyət göstərən mərkəzdir.

Mərkəz 2023-cü ilin oktyabr ayında Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə keçirilən Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE) layihəsi çərçivəsində yaradılıb.

Mərkəzin əsas məqsədi innovasiya inkişaf proqramlarını həyata keçirməklə elm-təhsil, informasiya-kommunikasiya sahələri, eləcə də intellektual mülkiyyətin kommersiyalaşdırılması, planlanlaşdırılmış dayanıqlı inkişafın təhsil sisteminin islahatları kontekstində universitetin davamlı inkişafına yönəlməsini təmin etməkdir.

Mərkəzə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov rəhbərlik edir. Müdir müavini Namiq Kərimovdur.

Şöbənin rəhbəri

Elçin Cəfərov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru