Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının 14 sentyabr 2017-ci il tarixli qərarı ilə yaradılmışdır.
Şöbənin fəaliyyətinin məqsədi təhsilin məzmununun mənimsənilməsi səviyyəsinin səmərəli ölçülməsinə imkan verən mütərəqqi qiymətləndirmə üsul və vasitələrinin hazırlanması, həyata keçirilməsi, eləcə də Universitetdə biliyin qiymətləndirilməsi prosesinin ümumi koordinasiyasının təşkil edilməsidir. Təhsilin elektron idarə edilməsi, imtahan prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun aparılması və ona nəzarətin həyata keçirilməsi məqsədilə ADMİU-da Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsi fəaliyyətə başlamışdır. Şöbə tədris prosesinin elektron idarə edilməsi və biliyin qiymətləndirməsi sistemində çevikliyi, obyektivliyi və şəffaflığı təmin edir.