ADMİU-nun da əməkdaşlığı ilə FTLRC2024 konqresi keçirilib
7-8 Mart tarixində “Future Trends In Leisure and Recreation” (FTLRC2024) adlı konqresinin onlayn görüşü baş tutub.
Ankara Hacı Bayram Vəli Universiteti ilə Mingəçevir Dövlət Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə əməkdaşlığı nəticəsində təşkil olunan “Future Trends In Leisure and Recreation” (FTLRC2024) konqresi onlayn rejimdə fəaliyyətə başlayıb.
Ankara Hacı Bayram Vəli Universitetinin rektor köməkçisi Kürşat Göktürk, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın açılış nitqləri ilə başlayan FTLRC2024 Konqresi 7-8 Mart tarixləri arasında 72 məruzə təqdimatı, 3 əsas məruzə və 1 panel iclası ilə baş tutub.