ADMİU ilə Türkiyənin daha bir universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Fevralın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristeti (ADMİU) ilə Bilecik Şeyx Ədəbalı Universiteti arasında Akademik/Elmi Əməkdaşlıq Protokolu imzalanıb.

ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova və Bilecik Şeyx Ədəbalı Universitetinin rektoru Şükrü Beydemir arasında imzalanmış protokol Universitet kolleksiyalarında qrup sərgiləri və seminarlar kimi fəaliyyətlərə əsərlərin daxil edilməsini, birgə layihə və proqramların həyata keçirilməsini, akademik və inzibati heyətin mübadiləsini, bakalavr və magistr proqramlarında tələbə və tədqiqatçı mübadiləsini əhatə edir.