Almaniyanın Vürsburq Universitetinin professoru xanım Ziqlinde Hartman tələbələrə ustad dərsi keçib

Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda səfərdə olub. Professor ADMİU-nun tələbə və müəllim kollektivi ilə görüşüb və tələbələrə “Alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçib.