Cemale-Nesirova

İnstrumental İfaçılıq Kafedrasının Müdiri

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

1980-1991-ci ildən Bülbül adına Orta ixtisas Musiqi Məktəbində təhsil alıb. 1997-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə professor X.Mirzəzadənin sinfini, fortepiano ixtisası üzrə professor S.Aşumovanın sinfini bitirib. 1999-cu ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasında müəllim vəzifəsində çalışıb.

2004-cü ildə “Türkdilli xalqların mədəniyyətləri kontekstində Azərbaycan toy musiqi folklorunun müqayisəli tədqiq olunma problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. 2018-ci ildən dosent vəzifəsində çalışır.

C.Nəsirova 4 dərs vəsaitinin həmmüəllifi, bir sıra məqalə, proqram, metodiki tövsiyyə, bir monoqrafiya, iki tamaşa (Q.Səidin “Əli və Nino” 2007-ci il, İ.Əfəndiyevin “Sarı köynək və Valehin nağılı” 2014-cü il) və 2012-ci ildə “Lennauçfilm” “Azərbaycanfilm”in nəzdində olan “Səlnamə” sənədli filmlər kinostudiyası ilə birgə çəkilmiş «В барабан не бью без толку» çoxmetrajlı sənədli film üçün yazılmış müsiqilərin müəllifidir. Tələbələri Respublika və Beynəlxalq müsabiqələrin laureatlarıdır.