ADMİU-nun tələbələri Beynəlxalq Müsabiqədə diplomla təltif olunublar

Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının III təhsil ili tələbəsi “Heydər Əliyev” təqaüdçüsü Həmayə Baxışova və II təhsil ili tələbəsi Səfurə Mursaliyeva Niderlandda keçirilən Beynəlxalq Müsabiqədə çıxış ediblər. Niderlandın Enschede şəhərində 17-23 fevral 2024-cü il tarixində keçirilən Pianoçuların 12-ci Beynəlxalq müsabiqəsinin ilkin mərhələsindən keçən tələbələr növbəti turda uğurlu çıxışlarına görə iştirak diplomu ilə təltif olunublar.

Qeyd edək ki, tələbələrin müəllimi dosent, səətşünaslıq üzrə fəlsəfə doktoru, təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş Səbinə Mehdiyevadır.