Azad-Shukurov

Musiqili Teatr Aktyoru Kafedrasının Müdiri

Əməkdar artist, dosent

Şükürov Azad Hətəm oğlu 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub.

1977-1981-ci illər də M.A.Əliyev adına ADİİ-nin aktyorluq şöbəsinə təhsil alıb, daha sonra N.B.Vəzirov adına LDDT-ya aktyor təyin edilib. 1984-cü ildən indiki ADMİU-nun Tədris Teatrında işləmiş, 1990-cı ildən “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır. 2001-2006-cı illərdə kafedra müdiri vəzifəsində işləyib. 2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb.

Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. “Televiziyada danışıq” proqramı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998) və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) müəllifidir.

Ailəlidir, 2 övladı var.

Metodik göstərişləri:

  • “Televiziyada danışıq” proqramı 1990.
  • “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər 1998.
  • “Bədii kino və televiziya filmləri rejissoru” ixtisası üzrə bakalavr dərəcəsi alan tələbələr üçün “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər 1998.
  • “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlər 2006.
  • “Televiziya rejissoru” ixtisası üzrə Bakalavr pilləsi üçün “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlər”. 2006