Teatr Sənəti Fakültəsinin Dekanı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Mehdiyeva Kəmalə Teyyub qızı 1969-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram teatrı və kino aktyoru” fakültəsinə daxil olub. 1990-cı ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra rəhbərlik pedoqoji işə olan marağını nəzərə alaraq onu “Səhnə danışığı” kafedrasında laborant vəzifəsində saxlanılıb.

1990-1992-ci illərdə Sankt-Peterburq Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun “Səhnə danışığı” ixtisası üzrə assisenturasında təhsil alıb.

1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasında müəllim, 2001-ci ildən baş müəllim, 2014-cü ildən isə dosent kimi çalışır.

2007-ci ildə “Aktyor yaradıcılığında ifadə vasitələrinin müasirliyi və estetik prinsipləri” mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

2022-ci ilin yanvar ayından “Səhnə danışığı” kafedrasına müdir təyin edilib.

2024- cü ilin mart ayından Teatr sənəti fakültəsinə dekan vəsifəsinə təyin olunub.

Səhnə danışığı üzrə bir sıra elmi məqalələrin, metodik vəsaitlərin, proqramların və dərs vəsaitlərinin müəllifidir.

Hal hazırda Teatr sənədi fakültəsinin dekanıdır.