Pantomima Teatrının yaranmasının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsi

Müsabiqə 29 fevral 2024-cü il saat 14:00-da ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru, Musiqili teatr aktyoru, eləcə də SABAH Mərkəzinin Dram teatrı və kino aktyoru ixtisaslaşmalarında bakalavriat səviyyəsi üzrə I və II təhsil ilinin tələbələri arasında keçirilir.

Müsabiqənin təşkili və keçirilmə qaydaları:

  • Etüdlərin xronometrajı 5 dəqiqədən artıq olmamalıdır;
  • Etüdlər 2, yaxud 3 nəfər tələbənin iştirakı ilə hazırlanmalıdır;
  • Etüdlərdə yalnız ADMİU-nun Aktyor sənəti ixtisasında bakalavriat səviyyəsi üzrə 1-ci və 2-ci təhsil ilinin tələbələri iştirak edə bilər;

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • İştirak forması.

Qiymətləndirmə və mükafatlandırılma

  • Etüdlər münsiflər heyətinin üzvləri tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilir.
  • Qaliblər münsiflər heyətinin verdiyi ballar əsasında müəyyənləşdirilir.
  • I, II, III yerlərin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaq, digər iştirakçılar isə sertifikatla təltif olunacaqlar.
  • I yerin qalibləri mart ayının sonunda Gürcüstanda Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Teatr Gününə həsr olunmuş Etüd Festivalında iştirak edəcəklər.

Müsabiqənin keçiriləcəyi məkan: ADMİU – Böyük səhnə

Əlaqə məlumatları:
Elektron-poçt: teatr.sanati@admiu.edu.az
Telefon: (012) 599-00-54; (055) 212-61-30

Məsul şəxs: Fatimə Qasımova