ADMIU-nun müəllimləri Prezident tərəfindən mükafatlandırılıblar

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamlar imzalayıb.

Mötəbər təltiflərə layiq görülən incəsənət nümayəndələri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız da var. Belə ki, ADMİU-nun “Dram teatrı və kino aktyoru” kafedrasının dosenti, Əməkdar artist Fərhad İsrafilov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, ADMİU-nun Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, ADMİU-nun baş müəllimi Mustafa Aşurov, Xalq artistləri Mehriban Zəki, Ayan Mir-Qasım, Əməkdar artistlər İnarə Babayeva, Leyli Vəliyeva, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, rejissorlar İradə Gözəlova, Mikayıl Mikayılov, aktyor Nurlan Rüstəmov isə Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüblər.