AMEA nəsimi adına Dilçilik Institutunun kitab hədiyyəsi
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi oxuculara daha yaxşı xidmət göstərmək və işini peşəkar səviyyədə qurmaq üçün kitabxana fondunun zənginləşdirilməsi məqsədilə müxtəlif təşkilatlardan mütəmadi olaraq kitab hədiyyə alır.
Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları hər zaman Kitabxana-İnformasiya Mərkəzinə dəstək olur və alimlərin müxtəlif nəşrlərini universitetə göndərir. AMEA nəsimi adına Dilçilik İnstitutuna ünvanlanmış rəsmi məktuba cavab olaraq Kitabxana-İnformasiya Mərkəzi təşkilatın kitabxanası ilə qarşılıqlı sənəd-informasiya mübadiləsinə başlayıb.
Hər iki kitabxananın əməkdaşlığı çərçivəsində Dilçilik İnstitutu ADMİU-nun fəaliyyətə başlamasının 100 illiyi münasibətilə Kitabxana-İnformasiya Mərkəzinə 76 nüsxə kitab bağışlayıb.
İncəsənətin müxtəlif mövzularına həsr olunmuş bu nəşrlərin sərgisi açılıb və oxucuların istifadəsinə verilib. Dəyərli kitab hədiyyəsinə görə AMEA nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru, professor Nadir Məmmədli və institutun kitabxana müdiri Sevil Zülfüqarovaya dərin təşəkkürümüzü bildiririk.