ADMIU tarixində möhtəşəm ilk…

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.

Bu il qiymətləndirmədə 125 ölkədən 2,152 universitet iştirak edib.

Universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, 2024-cü ildə davamlı inkişaf məqsədlərinə nail olan ən yaxşı universitetlər arasında tarixində ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də yer alıb.

ADMİU qiymətləndirmədə yer tutan 18 Azərbaycan Universiteti arasında yeganə yaradıcılıq yönümlü ali təhsil ocağıdır.

Qeyd edək ki, hazırda konqres çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet Azərbaycan pavilyonunda təmsil olunur. Onlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də var.