Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti ADMİU-da…

İyunun 13-də Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonağı rəhbəri olduğu ali təhsil ocağında salamlamaqdan məmnunluğunu bildirib, onu universitetlə tanış edib.

Universitetin Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olan Xalq rəssamı Akmal Nur öz fikirlərini rektor Ceyran Mahmudova, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, kafedra müdirləri Arif Əziz, Rəşad Cabarov və Aslan Xəlilovla bölüşüb.