ADMİU-nun rektoru “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova 21-22 iyun tarixləri arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Eyni zamanda Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi keçirilib. Toyda digər universitetlərlə yanaşı ADMİU-nun rektoru da iştirak edib.