ADMİU-nun tələbələri “Silahlı Qüvvələr Günü”nü əsgərlərimizlə qeyd edib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin müvafiq qərarı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə iyunun 25-də Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri üçün mədəni-hamilik tədbiri keçirilib.

Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi fakültəsinin tələbələri iştirak ediblər.