ADMİU-nun tələbələri Beynəlxalq Teatr Festivalında uğurla çıxıb ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin musiqili teatr aktyoru ixtisasının 4-cü kurs tələbələri Türkiyədə 23-29 iyun tarixləri arasında keçirilən 10-cu Bilkent Universiteti Beynəlxalq Teatr Festivalında iştirak ediblər.
Kurs rəhbəri Ruslan İsmayılovun tələbələri Festivalın 4-cü günündə- iyunun 26-da səhnəyə çıxıblar. Onlar Xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəri ilə uğurla çıxış ediblər. Tamaşada rolları Samir Əliyev (qonaq), Nigar Mürsəlova (qadın), Aslan İskəndərov (kişi) və Leyla Allahverdiyeva (xadimə) canlandırıblar.