ADMİU-nun müəllimi Özbəkistanda təltif edilib
Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilib.
80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti təmsil edib.
Ölkəmizi təmsil edən “Vətən” muğam qrupunun tar ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının baş müəllimi Ruslan Zərbəliyev və qrupun digər üzvləri TÜRKSOY-un mükafatı ilə təltif olunublar. Onlara festivalın diplomu, müxtəlif hədiyyələr və pul mükafatı təqdim edilib.