ADMİU yay semestri üzrə saathesabı müəllim qəbulu elan edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4. bəndinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 12 iyul-22 avqust 2024-cü il tarixlərində Yay semestri təşkil olunacaq. Namizədlər 8-11 iyul tarixlərində müraciət edə bilərlər.

Yay semestrində tədris olunacaq aşağıdakı fənləri saathesabı qaydada tədris etmək üçün ADMİU vakansiya elan edir:

Dünya ədəbiyyatı 1            (5 kredit-60 saat)

Sosiolinqvistika                   (5 kredit-60 saat)

Sosiolinqvistika                   (3 kredit-45 saat)

Əski əlifba                            (4 kredit-45 saat).