ADMİU-nun pedaqoqları dünyanın fəxri ustad siyahısında…
İyulun 27-də Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşə əsas məsələlərin müzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanın tanınmış mədəniyyət ekspertləri qatılıblar.
Görüş bütün dünyada müxtəlif mədəni ənənələrin qorunub saxlanmasına və təbliğinə yönəlmiş səmərəli qərarların qəbulu ilə yekunlaşıb.
Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının (Arirang Masters) fəxri siyahısı təsdiq olunub. 14 ölkədən 20 namizədin təsdiq olunduğu siyahıda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyeva təmsil edirlər. Onlar mədəni irsinin qorunması və təbliğində müstəsna töhfələrinə görə bu fəxri nominasiyaya layiq görülüblər.