Xaricdə mədəniyyət sahəsində təhsil almaq istəyənlərin diqqətinə!

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”- insan kapitalının və qeyri-neft sektorunun inkişafına dövlətimiz tərəfindən atılan növbəti sosialyönümlü və əhəmiyyətli addımdır.
Proqrama 15 avqust-15 sentyabr 2024-cü il tarixləri ərzində müraciət etmək mümkündür.
Xaricdə proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə:

  1. Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya)
  2. Dəb sənəti
  3. Dizayn
  4. Kuratorluq
  5. Memarlıq
  6. Tədbirlərin təşkili
  7. Mədəni və yaradıcı sahə üzrə menecment
  8. Nəşriyyatlarla işin təşkili
  9. Oyun sənayesi
  10. Teatr, komediya və performans
  11. Yaradıcı texnologiyalar

Bakalavriat və magistratura səviyyələrində təhsil almaq istəyən yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək fəaliyyəti ilə məğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsilin maliyyələşdirilməsi məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.

Tələbə və məzunlarımızı bu imkandan yararlamağa çağırırıq.
Sənədlərin qəbulu “edu.creative.az” informasiya resursu üzərindən elektron formada həyata keçirilir.

Təqaüd Proqramı ilə bağlı əlavə məlumat almaq üçün avqustun 16-dan etibarən aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkündür:

012 525 11 28 (daxili: 102 və ya 103)