Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin nəzərinə!

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuş bütün abituriyentləri təbrik edir, təhsildə uğurlar arzu edirik!

2024-2025 tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlər 28 avqust–06 sentyabr tarixlərində http/portal.edu.az saytında qeydiyyatdan keçməli və tələb olunan sənədlərin elektron versiyasını sistemə yükləməlidir.

Qəbul təsdiqləndikdən sonra, Universitetin qeydiyyat üçün tələb etdiyi sənədlərin

SİYAHISI:

  • 3×4 ölçülü foto şəkil (rəngli, 4 ədəd);
  • Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplomun əsli;
  • Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti;
  • Sağlamlıq haqqında arayış;
  • Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti;
  • İmtiyazlı tələbələr imtiyazı təsdiq edən müvafiq sənədlər təqdim etməlidirlər.

Qeyd: Ödənişli əsaslarla qəbul olan tələbələr Təhsil Tələbə Kredit Fonduna müraciət edə bilərlər.

DİQQƏT!!!

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər universitetə qəbul olunmamış hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənəd qəbulu 28 avqust–06 sentyabr tarixlərində, həftənin I–V günləri saat 10:00–17:00-dək (nahar fasiləsi 13:00-14:00) əsas binanın kitabxanasında (otaq 154) aparılacaq.

Ünvan: İnşaatçılar prospekti 39

Tel:  012 599 00 54