ADMİU “Azərbaycanda miqrantların və qaçqınların inteqrasiyası” təlimində təmsil olunub

İyulun 2-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığı çərçivəsində “Azərbaycanda miqrantların və qaçqınların inteqrasiyası” üzrə təlim keçirilib. Təlimdə MSİBM-nın milli ekspertləri Səltənət Məmmədova, Gülnarə Pənahova və Emin Mehdizadə miqrantların cəmiyyətə inteqrasiyası ilə bağlı ilə çıxış ediblər. Təlimdə aşağıdakı mövzular müzakirə olunub:

  • inteqrasiya nədir;
  • inteqrasiyanın hüquqi çərçivəsi və inteqrasiya proqramı;
  • miqrasiya üzrə keys menecerin rolu.
    Həmçinin təlimdə Çexiya, Moldova, Belçika və Əfqanıstanda mövcud olan multikultural mühit haqqında müzakirələr aparılıb, Azərbaycanda mövcud olan multikulturalizm modeli ilə müqayisə edilərək müxtəlif keys modelləri təhlil olunub.
    Sözügedən təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Sosial-mədəni fəaliyyət” kafedrasının müdiri dosent Sevinc Əskərova və ADMİU Tələbə Elmi-Yaradıcı Cəmiyyətin sədri Ülkər Rzayeva iştirak ediblər.