ADMİU-da “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü” keçirilib

Yasamal rayon üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə razılaşdırılmış illik tədbirlər planına əsasən martın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “1 mart-Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Yasamal rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, universitetin işçiləri, müəllim və tələbələri fəal iştirak edib, universitetin həyətində açılmış mülki müdafiə təbliğat-təşviqat guşəsində mülki müdafiə qüvvələrinin əmlak və avadanlıqları əməli nümayiş etdirilib, mülki müdafiə sərgiləri ilə tanışlıq olub.

Tədbir iştirakçılarına “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda, eyni zamanda, mülki müdafiə qüvvələrinin əmlak və avadanlıqları barədə ətraflı məlumat verilib. Həmçinin, mülki müdafiənin yaranma tarixindən, onun real həyatımızdakı əhəmiyyətindən, FHN-nin fövqəladə alınmasında və nəticələrinin aradan qaldırılmasında gördüyü işlər barədə tələbə və işçilər ətraflı şəkildə məlumatlandırılıblar.

Sonda çıxış edən Universitet və Mülki müdafiə rəhbərliyi növbəti ildə tədbirin daha maraqlı və praktiki keçirilməsi üçün öz tövsiyyələrini veriblər.