ADMİU-da Karyera Günü keçirilib
Azərbaycan Dövlət Mədəniyyər və İncəsənət Universiteti (ADMİU) tələbə və məzunlarının karyeraları ilə bağlı mütəmadi görüşlər və tədbirlər həyata keçirir. Əmək bazarının nümayəndələri ilə sahə üzrə aparılan peşəkar müzakirələr tədrisin müasir tələblərə görə təşkilində önəmli rol oynayır.
Mayın 8-də Sinteks Şirkətlər Qrupunu ilə birgə ADMİU-nun Rəssamlıq və Audiovizual sənətlər fakültələrinin tələbələri üçün karyera günü təşkil olunub.
Sinteks Şirkətlər Qrupu dəb, zinət və əlaqəli sahələr üzrə Qafqaz və Mərkəzi Asiyanın ən böyük pərakəndə satış qrupudur. Şirkət yüksək səviyyəli, orta-yuxarı və əsas pərakəndə seqmentləri üzrə 100-dən çox- Alexander McQueen, Fendi, Gucci, Guess, Dior, Chanel və s. kimi qlobal brendi təmsil edir.
Tədbir ilə bağlı şirkətin təlim və inkişaf üzrə meneceri Xanım Sadıxova, işə qəbul üzrə menecer Azər Babazadə, işə qəbul üzrə kiçik mütəxəssis Aytac Həmzəyeva, marketinq akkount menecer Cəmilə Abbasova, satış və məhsul üzrə mütəxəssis Gülay Həsənova, qrafik dizayner Aytən Kərimli və işə qəbul üzrə təcrübəçi Alsu Rəhmanova infosessiya keçirmək üçün universitetimizdə olublar.
Tədbirdə Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova, aparıcı mütəxəssisi İlahə İsmayılova, metodisti Ləman Bayramova, Tələbələrlə iş bölməsinin rəhbəri Şəlalə Əhmədova, aparıcı mütəxəssisi Firəngiz Cavadzadə, metodisti Günel Əhmədova iştirak ediblər.
Cəmilə Abbasova dəb sahəsində marketinq, Gülay Həsənova və Aytən Kərimli elektron ticarət, Azər Babazadə karyera imkanları və təcrübə proqramları barədə məlumat verib.
Sonda qonaqlar tələbələrin suallarını cavablandırıblar. Sinteks Şirkətlər Qrupu ilə əməkdaşlığın davamlı olmasında universitet olaraq maraqlıyıq.