ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin Strateji planlama sektoruna baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Tələblər:

  • Ali təhsil;
  • Təhsil sahəsi üzrə iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri, Boloniya prosesi haqqında biliklər;
  • Təhsil sektorunun tendensiyalarını təhlil etmək bacarığı;
  • Analitik düşüncə və problemləri həll etmə bacarıqlarının olması;
  • Ms Office proqramları üzrə biliklər;
  • Dil bilikləri: rus, ingilis dillərində ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 26.08.2024-cü il saat 18:00

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)