ADMİU-nun rəssam müəllimləri beynəlxalq sərgidə iştirak ediblər
18 Mart adına Çanaqqala Universitetinin İncəsənət fakültəsinin Türkiyə Cumhuriyyətinin 101 illiyinə həsr olunmuş Beynəlxalq qarışıq onlayn sərgisi keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri Əməkdar rəssam, dosent Rəşad Cabarov, baş müəllim Samir Qafarov, müəllim Asim Bayramov sərgidə iştirak edərək sertifikatla təltif olunublar.