ADMİU-nun tələbələri beynəlxalq festivalda çıxış ediblər

14-19 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində arfa ifaçısı Ceren Necipoğlunun xatirəsinə həsr olunmuş “2-ci Ceren Necipoğlu İstanbul Beynəlxalq arfa festivalı” keçirilib.

Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın III təhsil ili tələbələri olan, Beynəlxalq və Respublika müsabiqələr laureatları Safura Mursaliyeva və Nüşabə Rüstəmova təmsil ediblər. Onlar ansambl kateqoriyası üzrə uğurla çıxış ediblər.