ADMİU-nun tələbəsi Qısametrajlı Filmlər Müsabiqəsinin qalibi olub

Naxçıvan Dövlət Film Fondu tərəfindən 1 oktyabr 2024-cü il tarixində elan edilmiş “Qoca Şərqin Qapısı” qısametrajlı filmlər müsabiqəsi başa çatıb.

Bu günlərdə Naxçıvan Dövlət Film Fondunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə qeyd edilib ki, müsabiqə peşəkar və həvəskar olmaqla iki kateqoriyada təşkil olunub. Hər iki kateqoriyada qaliblər ən yaxşı rejissor işi, ən yaxşı operator işi və ən yaxşı ssenari nominasiyaları üzrə seçiliblər.

Peşəkar kateqoriyada “Ən yaxşı rejissor işi” mükafatını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kinorejissorluq ixtisaslaşması üzrə 1-ci təhsil ili tələbəsi Səbuhi Abbasov Qoca Şərqin Qapısı” filmi ilə qazanıb.

Mükafatlandırma mərasimində qalib filmlər yenidən nümayiş olunub və qaliblər Naxçıvan Dövlət Film Fondunun diplomları və pul mükafatları ilə təltif ediliblər.