Akademik Heyətin və Tədqiqatçıların Nəzərinə!
14 oktyabr 2024-cü il tarixindən ADMİU minlərlə universitetdən milyonlarla elmi-tədqiqat əsəri təklif edən dünyanın ən əhatəli dissertasiya və tezislər toplusu olan “ProQuest Dissertations & Theses (PQDT) Global” resurslar bazasına giriş əldə edib. Hər il yüz minlərlə yeni araşdırmanın əlavə olunduğu bu bazada tam mətnlərin əhatə dairəsi 1743-cü ildən bu günə qədər, sitat əhatəsi isə 1637-ci ilə aiddir. ADMİU-nun Kitabxana-informasiya mərkəzində akademik heyət və tədqiqatçılar üçün istifadəyə açıq olan bu multidissiplinar elektron məlumat bazasında 70-dən çox ölkənin 4100-dən çox akademik qurumundan 3,6 milyon tam mətnli tezis və dissertasiyadan yararlanmaq mümkündür.
Sınaq müddətli istifadəyə 13 noyabr 2024-cü il tarixinə qədər açıq olan PQDT Global bazasında axtarış nəticəsində materialların tam mətni PDF formatda yüklənib istifadəçilərə təqdim olunur. Bildirək ki, bazanın veb səhifəsinə – https://trials.proquest.com/status yalnız universitet daxilində və Kitabxana-informasiya mərkəzinin oxu zalında giriş edib istifadə etmək olar.
“ProQuest Dissertations & Theses (PQDT) Global” resurslar bazasındakı mənbələrdən istifadə etmək istəyənlər ətraflı məlumat üçün Kitabxana-informasiya mərkəzinə müraciət edə bilər.