Dizayn və Dekorativ Tətbiqi Sənət Kafedrasının Müdiri
Əməkdar incəsənət xadimi, professor
Arif Əzizov Möhübalı oğlu 03.01.1943 Bakıda anadan olub.
1966-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1971-ci ildə Qraf Stroqonov adına Moskva Ali Bədii Sənaye İnstitutunun Qrafik dizayn fakültəsini bitirib.
1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.
Əsərləri, Moskvada, ABŞ-da, Fransada, Seneqalda İranda özəl kolleksiyalarda saxlanılır. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Fəxri adları, mükafatlar, nailiyyətlər:
1985-ci ildə «Şərəf nişanı» ordeni ilə təltif olunub, 1992-ci ildə professor adını alıb. 1992 – ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb.
Sərgilər:
- 1970 – Azərbaycan gəncləri sərgisinin iştirakçısı olub
- 1970 – Beynəlxalq gənclər sərgisinin iştirakçısı olub – Moskva
- 1970 – Azərbaycanda Dövlət Gənclər sərgisinin iştirakçısı olub
- 1972 – Beynəlxalq Gənclər sərgisinin iştirakçısı olub – Moskva
- 1972 – Teatr rəssamlarına həsr olunmuş sərgi – Moskva
- 1972 – “Azərbaycan – mənim vətənimdir” mövzusunda Dövlət sərgisi
- 1973 – Azərbaycan Gənclər İttifaqı, “Dostluq” mövzusuna həsr olunmuş sərgi, ikinci yerlə təltif olunub – Bakı
- 1973 – “İdman və incəsənət” mövzusuna həsr olunmuş sərgi – Azərbaycan
- 1973 – Qrafika üzrə Beynəlxalq sərgi – birinci yerlə təltif olunub – Litva, Vilnyus
- 1973 – Azərbaycan Rəssamlar İttifaqında sərgi – diplomla təltif olunub
- 1976 – BAM-a (Baykal-Amur magistralına) yaradıcılıq ezamiyyətinə göndərilib
- 1977 – BAM-76-Bakı sərgisi
- 1977 – SSRİ Rəssamlar İttifaqının köməkliyi ilə BAM-76 mövzusuna həsr olunmuş sərgi – Moskva
- 1978 – BAM-a həsr olunmuş işlərə görə Gənclərin Ümumiittifaq Lenin Kommunist İttifaqının mükafatı və diplomu ilə təltif olunub
- 1978 – Beynəlxalq sərgi, birinci yerlə təltif olunub – Belarus, Moskva
- 1981 – Şri-Lankada, Kolomboda fərdi sərgi
- 1981 – Altı ay ərzində Mədrəsdə, Akrada, Bombeydə və Dehlidə (Hindistan) fəal işləmiş və sərgilər açmışdır
- 1983 – Dakkarda (Seneqal) “Azərbaycan günləri” mövzusunda keçirilən sərginin iştirakçısı
- 1984 – Seneqal səfirliyinin köməkliyi ilə Moskvada keçirilən fərdi sərgi
- 1985 – Zaqafqaziya Respublikalarının Byennalesi, ikinci yerlə təltif olunub
- 1985 – Azərbaycan Respublikasının 40 qəhrəmanı (dövlət sifarişi) – albom
- 1986 – Moskvada Seneqal səfiri Valininin dəvəti ilə Dakkarda fərdi sərgi
- 1987 – Gənclər qalereyasında fərdi sərgi – Moskva
- 1989 – Xəzəryanı ölkələrin Beynəlxalq Byennalesi – birinci dərəcəli mükafatla təltif olunub
- 1993 – Almaniyada – Boxumda fərdi sərgi
- 1993 – İranda, Təbrizdə və Tehranda fərdi sərgi – bələdiyyə tərəfidən diplom
- 1996-1997 – “Beyoglu municipal art gallery” fərdi sərgisi – İstanbul, Türkiyə
- 1997 – Beynəlxalq rəssamlıq sərgisinə dəvətnamə – İstanbul, Türkiyə
- 1998 – Fransada keçirilən “Fransada Azərbaycan günləri” mövzusunda həmmüəllif sərgisi
- 1999 – Finlyandiyada “Finlyandiyada Azərbaycan günləri” mövzusunda həmmüəllif sərgisi
- 2000 – Spartaya və Ankaraya “Türk dünyası” mövzusunda keçirilən Beynəlxalq simpoziuma dəvət
- 2000 – Amerikada, Vaşinqtonda keçirilən “Azərbaycan günləri” mövzusunda müəllif sərgisi
- 2002 – Asiyada – Banqladeşdə keçirilən Beynəlxalq Byennalesinə dəvət
- 2003 – Rəssamın 60-illiyi münasibətilə 40-ilik fəaliyyəti ilə əlaqədar fərdi sərgisi – Bakı
- 2004 – Türkiyədə – Ankarada keçirilən beynəlxalq sərgidə iştirak
- 2006 – Xoş Məramlı Səfir seçilib
- 2008 – “Azərbaycanda Türkiyə günləri” sərgisinin iştirakçısı
- 2009 – Türkiyədə – İstanbulda keçirilən sərginin iştirakçısı
- 2010 – Antaliyada IV Beynəlxalq incəsənət festivalının iştirakçısı
- 2011 – Moskvada keçirilən Dünya Rəssamları Akademiyası üzvlərinin Beynəlxalq sərgisi
Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professoru vəzifəsini tutur.
Muzeylər
Rəssamın işləri respublikanın incəsənət muzeylərində, xarici muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır: Moskvanın Şərq sənətlər muzeyində, Seneqalın müasir sənətlər muzeyində, İranda Təbriz Şəhriyar muzeyində, eləcə də Azərbaycanda, ABŞ-da, Macarıstanda, Şri-Lankada, İranda, Türkiyədə, Hindistanda, Almaniyada, Finlandiyada və s.