Musiqili Teatr Aktyoru Kafedrasının Müdiri

Əməkdar artist, dosent

Şükürov Azad Hətəm oğlu 11 fevral 1959-cu ildə Ağdam rayonunun Muğanlı kəndində doğulub. 1977 – 1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Xalq artistləri Rza Təhmasib və Məlik Dadaşovdan aktyorluq sənətinin sirlərini öyrənib. Tələbəlik illərində ali məktəbin Tədris teatrında çıxış edib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına, 1984 – 1993-cü illərdə Tədris teatrında işləyib. 1993-cü ilin fevral ayından Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlarındandır. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının müəllimi, 2001-ci ildən isə kafedra müdiri olub. 2022-ci ildən Musiqili teatr aktyoru kafedrasına rəhbərlik edir, 2006-cı ildən dosent, 2022-ci ildən professordur. 7 noyabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

2023-cü ildə III dərəcəli Əmək ordeni ilə təltif edilib

Metodik göstərişləri:

  • “Televiziyada danışıq” proqramı 1990.
  • “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər 1998.
  • “Bədii kino və televiziya filmləri rejissoru” ixtisası üzrə bakalavr dərəcəsi alan tələbələr üçün “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər 1998.
  • “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlər 2006.
  • “Televiziya rejissoru” ixtisası üzrə Bakalavr pilləsi üçün “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlər”. 2006