“Dünyada və Türkiyədə kitabxanaçılıq adlı” elmi seminar keçirilmişdir

21 aprel 2016-cı il tarixində ADMİU-da “Dünyada və Türkiyədə kitabxanaçılıq adlı” elmi seminar keçirilmişdir.

Konfransda Türkiyənin Haccetepe və Kastamonu Universitetlərinin kitabxanaçılıq fakültələrinin Professor-müəllim heyətinin təqdimatı ilə “Dünyada və Türkiyədə Kitabxanaçılıq /Bilgi ve BelgeYönetimi təhsili: Müxtəlif üniversitet nümunələri” mövzusunda panel iclası keçirildi. Tədbiri giriş sözü ilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə açaraq məruzəçiləri və tədbir iştirakçılarını salamladı. Tədbirin əhəmiyyəti, müasir dövrdə informasiya cəmiyyətinin tələblərindən irəli gələrək kitabxana işinin önəminin artması, bu sahədə kadr hazırlığı problemlərinə toxundu. Daha sonra çıxış edən ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva məruzəçiləri tədbir iştirakçılarına təqdim edərək tədbirin işinə uğurlar arzu etdi. ADMİU-da kadr hazırlığına yeni başlanan kitabxanaçılıq-informasiya ixtisası üzrə tədrisin dünya standartları səviyyəsinə qaldırılması ADMİU qarşısında duran prioritet məsələlərdən olduğunu qeyd etdi. Panelin Moderatoru Hacettepe Üniversiteti Kitabxanaçılıq fakültəsinin dekanı Prof. Dr. Bülent Yılmaz, Yrd. Doç. Dr. Mehmet Kemal Sevgisunar (Kastamonu Üniversitesi), Yrd. Doç. Dr. Güler Demir (Kastamonu Üniversitesi), İlker Çakmakkaya (Kastamonu Üniversitesi) “Amerika Birləşmiş Ştatları, Kanada Nümunələri”, “İngiltərə ve İrlandiya Nümunələri”, “Türkiye Nümunəsi” adlı məruzələri ilə panel iştirakçılarına geniş məlumat verdilər. Tədbirdə ADMİU-nun, ADA-nın, BDU-nun professor-müəllim heyəti, ADU-nun, AMEA MEK-in, REPK-nın, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kitabxanasının əməkdaşları iştirak etdilər. Məruzələrin sonunda mövzu ətrafında müzakirələr oldu, suallar cavablandırıldı. Tədbirin yekununda panel məruzəçilərin hər birinə ADMİU rəhbərliyi adından Təşəkkürnamə təqdim olundu.