Rəssamlıq Fakültəsinin Dekanı Müavini

Eldar Sərdar oğlu Məmmədzadə 1995-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin Tarix-coğrafiya müəllimliyi ixtisasına daxil olub. Təhsil illərində o, universitetin ictimai həyatında, Tələbə Elmi Cəmiyyətinin üzvü kimi Tələbə Elmi Konfranslarında, müxtəlif tədbirlərdə fəal iştirak edib. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələrinin tarixi ixtisası üzrə magistraturasına daxil olub və 2018-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

E.Məmmədzadə əmək fəaliyyətinə 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant vəzifəsində başlayıb. 2020-2022-ci illərdə ADMİU-nun Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsində mütəxəssis kimi fəaliyyətini davam etdirib.

Hazırda Rəssamlıq fakültəsində dekan müavini vəzifəsində işləyir. 2020-2021-ci tədris ilində Sosial-siyasi elmlər kafedrasında saathesabı, 2021-2022-ci tədris ilindən 0,5 ştat əvəzçi müəllim kimi Azərbaycan tarixi fənnini tədris edir.