
İnsan Resursları Şöbəsinin Müdiri
Məmmədova Firəngiz Arun qızı 08 fevral 1964-cü ildə Bakı şəhərində anadan olub.
Bakı Slavyan Universitetini fərqlənmə ilə bitirib. İxtisasca filoloqdur.
1981-ci ildə əmək fəaliyyətinə başlayaraq, “Dənizneftqazlayihə” elmi-tədqiqat layihə institutunda, Xəzər Dəniz Gəmiçiliyi idarəsində, Bakı Slavyan Universitetində müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin edilib.