FONDA DAXİL OLAN YENİ ŞƏXSİ KİTABXANA KOLLEKSİYASI

Kitabxana-informasiya mərkəzinə şəxsi kitabxana kolleksiyasından olan nəşrlər bağışlanıb. ADMİU-nun Rektorun Tədrisdə innovasiyalar üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədovanın təqdim etdiyi kolleksiya mədəniyyət, ədəbiyyat və dilçilik üzrə kitablardan ibarətdir. Burada Azərbaycan, rus və ingilis dillərində soraq ədəbiyyatından lüğət və ensiklopediyalar, habelə tədris-metodiki nəşrlərdən dərs vəsaiti və dərsliklər üstünlük təşkil edir. Kolleksiyada klassik rus ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlər külliyyatından ibarət çoxcildli nəşrlər xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, 265 sənəd-informasiya resursundan ibarət kolleksiyaya Azərbaycan dilində 78 nüsxə, rus dilində 180 nüsxə, ingilis dilində 7 nüsxə kitab, 3 elektron disk və 3 nüsxə nadir nəşr daxildir. Oxucuların elmi, tədris və bədii ədəbiyyata dair informasiya tələbatlarının ödənilməsində bu kitabların dəyərli mənbə kimi istifadəsi təmin olunub. Şəxsi kitabxana kolleksiyasını Kitabxana-informasiya mərkəzinin fonduna hədiyyə etdiyi üçün professor Validə Məmmədovaya dərin təşəkkürümüzü bildiririk.