Dizayn və Dekorativ Tətbiqi Sənət kafedrasının müdiri

Sənətşünaslıq üzrə fəlsəfə doktoru. dosent

Gülarə Faiq qızı Salayeva 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ-tətbiqi sənət kafedrasının “Bədii toxuculuq (qobelen)” ixtisasına qəbul olmuş və təhsilinin ilk ilini həmin universitetdə başa vurmuşdur. 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin bütün tələbələri kimi təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmişdir.

2004-cü ildə bakalavriat təhsil pilləsini başa vurmuş, 2004-ci ildə “Bədii toxuculuq (qobelen)” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuş və 2006-cı ildə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur.

2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspirantura təhsili dövründə “Ədhəm Yusubovun yaradıcılığı Azərbaycanda qobelen sənətinin inkişafı kontekstində” mövzusunda elmi dissertasiya üzərində tədqiqat aparmışdır. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini təsdiq edən diplom almışdır.