Dram Teatrı və Kino Aktyoru Kafedrasının Müdiri
Əməkdar artist, professor
Baxşıyeva Gülşad Eynulla qızı 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-1975-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir.
O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin “Pələng və kaftar” tamaşasında Predslava roluna görə “Qadın rolunun ən yaxşı ifaçısı” diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğum zaman müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır.
2006-cı ildə R.Əzizbəylinin “Yalan” filmindəki “Nisə” roluna görə “Ən yaxşı qadın obrazı” nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının “Qızıl çıraq” mükafatına layiq görülmüşdür. Teatr və kino yaradıcılığıyla yanaşı o həm də 23 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərir. Tələbələrinin sırasında “xalq və əməkdar artist” fəxri adına layiq görülənlər də var.
ADMİU-da 1985-ci ildən “Səhnə danışığı” kafedrasında, 1994-cü ildən isə ”Dram teatrı və kino aktyoru” (Rejissor və aktyor sənəti) kafedrasında işləyir. Hal-hazırda da həmin kafedraya rəhbərlik edir. 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.
Oynadığı tamaşalarda rolları: S. Vurğunun “Komsomol poeması”nda Gülcamal M. F. Axundovun “Hacı Qara” əsərində Sonaxanım, “Vəziri-xani-Lənkəran”da Zibaxanım, S. Rəhmanın “Nişanlı qız” əsərində Bənövşə, “Yalan”da Şəlalə, V. Şeksprin “Kral Lir” əsərində Qonerilya, “Romeo və Cülyetta” əsərində Dayə N. Xəzrinin “Əks-səda” əsərində Zərifə ana G.Xuqayevin “Arvadımın əri”ndə Fərizət K. Çapenin “Ağ xəstəlik” əsərində Ana Ş. Petefenin “Pələng və kaftar”da Predslava Ə. Əylislinin “Bağdada putyovka var” Sitəmxanım, “Vəzifə”də Nazlı Fiqeyredunun “Ezop”da Kleya V. Səmədoğlunun “Uca dağ başında” əsərində Şənbəxanım, B. Brextin “Arturo Uinin koryerası”nda Dokteyzi M.Sebastyanın “Adsız ulduz” əsərində Madmazel Kuku Anarın “Sizi deyib gəlmişəm”də Zeynəb, “Adamın adamı”nda At Balaxanım M. Qorkinin “Həyatın dibində” Vasilisa K. Marlonun “Teymurləng”də Zenokrata Bakı teatrlarında oynadığı rollar: Elçinin “Ölüm hökmü”ndə – Bələdçi Arzu, “Ağ dəvə”də – Safura Ə.Əylislinin “Şeytan tələbəsi”ndə – Şaban arvad V.Səmədoğlunun “İntihar” əsərində – Kleotra Rasputinin “Halallıq” – Anna qarı Ə. Nesin “Al canım qadan alım” – Siyen C. Cabbarlının “Aydın” – Böyükxanım, “Sevil”də – Sevil A.Çexovun “Ayı”- Popova, B.”Təklif”də – Nataliya Stepanovna Qoqolun “Evlənmə” – Arina Panteleymovna Nuşiçin “Nazrin xanım”- Savka xala T.Vəliyevanın “Mənim ağ göyərçinim”- Suğra. Televiziya tamaşalarındakı rolları: B.Şou “Kənd sayağı elçilik” – Qız, Qoqol “Evlənmə” – Aqafiya Tixonovna Dostoyevski “Cinayət və cəza” – Katerina İvanovna C.Məmmədquluzadə “Kamança” – Ana N.Rasputin “Hallalıq” – Anna qarı A.Məsudun “Cəza” – Ana V.Vəliyevin “Gecə” – Qoca ana H.Orucovun”Gecə yarıdan ötmüş” – Gəlin E.Məmiyevin “Yanmış körpülər” – Ana. Bədii filmlərdə çəkildiyi rollar: Kazımovskinin “Aktrisanın təbəssümü” televiziya filmində – Naxış Anarın “Təhminə və Zaur” televiziya filmində -Zivər, Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filmində – Sara, “Yalan” filmində – Nisə. Vaqif Mustafayevin “Yaxşılığa doğru” – hamilə qadın, “Yerlə göy arasında” – əri ölmüş qadın, “Milli bomba” filmində – Qız anası, “Özünə oxşa” filmində -Məryəm, Eldar Quliyevin “Kirov” filmində – Falçı qadın, Ramiz Fətəliyevin “Bir anın həqiqəti” – Ana.
Çəkildiyi filmlər:
- Axınla aşağı (film, 2014)
- Aktrisanın təbəssümü (film, 1974)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Bəxt üzüyü (film, 1991)
- Bir anın həqiqəti (film, 2003)
- Girov (film, 2005)
- Günaydın, mələyim! (film, 2008)
- Hər şey yaxşılığa doğru (film, 1997)
- İstanbul reysi (film, 2010)
- Qayınana (film, 2011)
- Milli bomba (film, 2004)
- Ömürdən uzun gecə (film, 1996)
- Sirr (serial, 2012)
- Vəkil hanı? (film, 2011)
- Yalan (film, 2006)
- Yanmış körpülər (film, 2003)