Musiqi Sənəti Fakültəsinin Dekanı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Xəlilova İradə Nizami qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Solo oxuma” fakültəsində təhsil alıb. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Xor Kapellasında, 1994-1999-cu illərdə isə Azərbaycan Respublikasının Daxili Qoşunlarının orkestrində solist vəzifəsində çalışıb. 1999-cu ildən ADMİU-nun Musiqili Teatr Aktyoru kafedrasında müəllim vəzifəsində çalışır. 2006-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. 2007-ci ildən ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının dosentidir. 2021-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı vəzifəsini tutur. Yerli və xarici mətbuatda dərc olunan çoxlu sayda məqalə və proqramın müəllifidir. Şagird və tələbələri Beynəlxalq müsabiqələrin laureatı olub. İki tələbəsinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılmaqla onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.