Estrada Sənəti Kafedrasının Müdiri

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Babayeva Məryəm Şaqi qızı 1981-ci ildə S.Hacıbəyov adına Sumqayıt musiqi texnikumunu, 1988-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1981-1984-cü illərdə Salyan musiqi məktəbində müəllim kimi fəaliyyət göstərib.

1984-1988-ci illərdə Sumqayıt şəhər 3 saylı musiqi məktəbində çalışıb. 1988-2001-ci illərdə Məryəm Babayeva Moskva şəhərində müxtəlif tədris ocaqlarında çalışmış və 1996-1998-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq konservatoriyasının alim-tədqiqatçı V.V.Yemelyanovun Vokal-yaradıcılıq laboratoriyasında təhsilini davam etdirib.

2001-2002-ci illərdə Sumqayıt Musiqi Texnikumunda, 2002-2008-ci illərdə isə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim vəzifəsində çalışıb.

2006-2007-ci tədris illindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasında saathesabı müəllim vəzifəsində işləyib.
2004-cü ildən bu günə qədər Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasında çalışır.

2009-cu ildə M.Babayeva Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2011-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent elmi adına layiq görülüb.

2014-cü ildə Azərbaycan Kütləvi İnformasiya vasitələri işçilərinin Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” və “Ustad sənətkar” media mükafatlarına layiq görülmüşdür.

Məryəm Babayeva “Rəşid Behbudovun sənətkarlığı” adlı dərs vəsaitinin müəllifidir. Həmçinin “Kamera-konsert ifaçılığında səsin inkişaf mərhələləri” adlı metodik vəsaitin, vokal ifaçılığına dair 5 proqram və bir çox məqalələrin müəllifidir.