Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri
Namiq Əsəd oğlu Kərimov 1993-cü il 6 avqust tarixində Zəngilan rayonu Mincivan qəsəbəsində anadan olmuşdur. 2010-cu ildə Bakı Slavyan Universitetində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsinin Türkiyəşünaslıq ixtisasına qəbul olmuş və həmin universiteti 2014-cü ildə “Fəxri Məzun” olaraq bitirmişdir. Həmçinin 2012-ci ildə Gazi Universiteti və Avropa Şurasının birgə əməkdaşlığı ilə keçirilən “Layihələrin idarə edilməsi” proqramının iştirakçısı olmuşdur. 2017-2019-cu illərdə ildə Bakı Mühəndislik Universitetində Beynəlxaq Münasibətlər və Diplomatiya ixtisasi üzrə magistr təhsili almışdır. 2019-2020-ci illərdə BMT-nin Beynəlxlaq Miqrasiya təşkilatında “The Comunity Sabilization Unit”-də araştırmacı-assistant olaraq çalışmışdır. Eləcə də marifləndirici tədbirlərin keçirilməsində, dövlət və beynəlxalq qurumlar ilə iki tərəfləri danışıqlarda tərəf müqabili olmuşam. Bununla yanaşı “Həsas İcmaların dayanaqlılığın gücləndirilməsi” və “Dayanıqlılıq naminə İctimai Fəaliyyət” layihələrində əsas icraçılardan biri olaraq fəaliyyət göstərmişdir.
2019-cu il may ayında Erasmus + proqramı nəzdində Miqrasiya yay məktəbində iştirak etməyə haqq qazanaraq İspaniyada 1 həftəlik ixtsas artırma kursu keçmişdir. 2019-cu ilin iyul ayında “Ədalət və İnkişaf Partiyası dövründə Türkiyə-Rusiya” münasibətləri adlı dissertasiyanı müdafiə edərək, Bakı Mühəndislik Universitetini “Fərqlənmə Diplomu” ilə bitirmişdir. 2020-ci ilin avqust ayında İtaliyanın Bergamo Universitetində MaRTe magistr proqramında təhsil almaq üçün təqaüd qazanmışdır. 2021-ci ilin oktyabr ayında həmin universiteti “Radikallaşmanın, terrorizmin qarşısının alınması və mübarizə, beynəlxalq inteqrasiya və təhlükəsizlik siyasəti” ixtisası üzrə “Fərqlənmə Dərəcəsi” ilə bitirmişdir. 2021-2022-ci illərdə Ekvita şirkətində İnsan Resursları üzrə kiçik mütəxəssis/ iş təhlilçisi olaraq çalışmışdır. Həmçinin həmin illərdə Azərbaycan Turizm və Menecment Universiteti, Turizm Biznesi kafedrasında müəllim olaraq çalışmışdır. 2021-ci ilin yanvar ayında Amerika Səfirliyi, USAID dəstəyi ilə ADA Universitetində həyata keçirilən “Azərbaycanda Tədqiqat Bacarıqlarının Yaradılması və Artırılması” proqramına qəbul almış və həmin layihəni “Tədqiqat Metodları, Akademik Yazı və Statistika” fənləri üzrə yüksək nəticələr ilə bitirmişdir. Namiq Kərimov eyni zamanda Azərbaycanın regionlarında yerləşən Amerika Mərkəzlərində həyata keçirilən “Medya Savadlılığı” layihəsinin meneceri və təlimçisi olaraq fəaliyyət göstərmişdir. Bununla yanaşı “Onlayn Təhsil” platformasının yaradılması ilə bağlı “Start Up” layihənin elmi-işləri üzrə meneceri olaraq çalışmışdır. 2023-cü ildə Namiq Kərimovun Erasmus+ Jean Monnet Modulu çərçivəsində təqdim etdiyi “Avropa İttifaqında incəsənət və siyasətin kəsişməsinin tədqiqi” adlı layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdir. Namiq Kərimov eyni zamanda ADMİU-nun tərəfdaş olduğu “Azərbaycanın Ali Təhsil Müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE)” adlı layihənin meneceri və tədqiqatçısıdır.