Nyu York Müstəqil Film Kollektivinin əsasını qoyanlardan biri və direktoru Lanre Olabisi tələbələrə məşğələlər keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilin daha yaxşılaşdırılması, innovativ yanaşma, tələbələrin fərqli müəllimlərdən dərs almaq, digər ölkələrdə olan tədris prosesləri ilə tanış olmaq, təcrübələrini artırmaq məqsədi ilə xarici mütəxəssislərin Universitetə dəvəti davam edir. Bu dəfə ADMİU-da yazıçı, Nyu York Müstəqil Film Kollektivinin əsasını qoyanlardan biri və direktoru Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri ilə bağlı məşğələlər keçib. Dərslərdə Universitetin rejissor, aktyor, SABAH qruplarının tələbələri iştirak edib. İki gün ərzində keçən dərslərdə Laren Olabisi 30-40 qısametrajlı film nümayiş etdirərək onları ssenarinin yazılışı, filmin strukturu, planı, idea, obraz və s. incəliklərinə kimi təhlil edib, tələbələrə maraqlı tapşırıqlar verib. Dərslərdə tələbələr Universitetin peşəkar müəllimlərindən keçdikləri mövzuları, daha dərindən, fərqli baxışlarla görmək imkanı əldə ediblər. Xarici mütəxəssis də tələbələrin hazırlığından, mövzuları asanlıqla qavrayıb, mənimsəyib, fərdi münasibət, fikirlərini aydın şəkildə irəli sürüb, dərs prosesi zamanı və evə verilən tapşırıqları yüksək səviyyədə hazırladıqlarından məmnun olduğunu qeyd edib.