Rəssam Fərəh Əliyeva “Rəssamlıq” fakültəsinin tələbələrinə ustad dərsi keçib

Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Kuklaları Beynəlxalq Təşkilatının üzvü, “Müəllif kuklalar” art-studiyasının bədii rəhbəri, Moskva Beynəlxalq sərgisinin (2011), I və II “Fusion Doll” Beynəlxalq Bakı Kukla Biennalesinin (2011, 2013) iştirakçısı rəssam Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın “Rəssamlıq” fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsdə rəssam ona aid kuklaları sərgiləyib və kuklaların hazırlanmasını mərhələ mərhələ tələbələrə nümayiş etdirib.

Dərs tələbələr tərəfindən böyük maraqla qarşılanıb.