placeholder-grey

Mühasibat Uçotu və Hesabat Şöbəsinin Müdiri

Quliyev Rüfət Eldar oğlu 05 fevral 1980-ci ildə Azərbaycan Respublikası Beyləqan şəhərində anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Ümumi iqtisadiyyat-iqtisadi nəzəriyyə” ixtisası üzrə bitirmişdir.

Ümumi iş stajı 14 il 7 ay təşkil edir. Əmək fəaliyyətinə 2003-cü ildən 2006-cı ilə kimi Bakı şəhəri Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzində aparıcı mühasib vəzifəsində çalışmış, 2006-cı ilin mart ayından isə həmin mərkəzin baş mühasibi vəzifəsinə təyin edilmişdir. 27 oktyabr 2016-cı il tarixdən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mühasibat uçotu və hesabat şöbəsində aparıcı mühasib vəzifəsində çalışır.

Vəzifə bölgüsünə əsasən R.Quliyev Universitetin ştatında olan əsas və ştatdankənar işçilərin əməkhaqqı, müavinət, mükafat və s. nəzərdə tutulmuş ödənişlərin mövcud qaydada hesablanmasını, müvafiq icra sənədlərininhazırlanması və ödənilməsini təmin edir.

Rəhbərliyin müvafiq əmrlərinə əsasən, universitetin ştat cədvəlində edilmiş kadr dəyişikliklərinin ciddi uçotunu aparır. Dövlət Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə və digər orqanlara tələb olunan hesabatları hazırlayıb təqdim edir. Tabel uçotu göstəricilərinə əsasən əmək ödənişləri ilə bağlı əməliyyatların uçot və hesabatını təmin edir.