Tədris Şöbəsinin Müdiri

Məmmədov Rəvan Mehman oğlu 1987-ci il martın 7-də Kürdəmir rayonunda anadan olmuşdur. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Regionşünaslıq (Amerikaşünaslıq) ixtisasına qəbul olmuşdur. 2008-ci ildə bakalavr pilləsini bitirmişdir. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-2011-ci illərdə Bakı Dövlət Universitetində həmin ixtisas üzrə magistr təhsili almışdır. 2013-cü ildə Bakı Slavyan Universitetində Siyasi Elmlər üzrə doktorantura pilləsinə qəbul olmuşdur.

2010-cu ildə Bakı Slavyan Universitetində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 2013-cü ildən həmin universitetdə Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. 2015-2017-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır. 2023-2024-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri olmuşdur. 2024-2025-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri vəzifəsində çalışıb. 2025-2026-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Audiovizual sənətlər fakültəsinin dekan müavini vəzifəsini icra etmişdir. Hal hazırda qeyd olunan universitetdə Tədris şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin müəllimidir.