Rəssamlıq Fakültəsinin Dekanı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Quliyeva Səyalı Şahin qızı 1982-ci il fevral ayının 27-də Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə 132 saylı orta məktəbdə ilk təhsilinə başlamışdır. 1998-ci ildə məktəbi bitirib Qərb Universitetinin Dizayn (interyer) ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşdur.

2003-cü ildə həmin ixtisas üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Təhsil aldığı dövrdə Qərb Universitetinin Auditoriyadan kənar işlər üzrə prorektor vəzifəsində işə başlamışdır. 2015-ci ildə ADMİU-da dissertanturaya daxil olmuşdur. 2020-ci “Orta əsr Azərbaycan incəsənətində növlərarası əlaqələrin kulturoloji aspektləri” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

S.Quliyeva, 2010-cu ildən ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasında müəllim, 2018-ci ildən baş müəllim vəzifəsində çalışmışdır. 2021-ci ildə Dizayn və dekorativ-tətbiqi sənət kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. 11 noyabr 2021-ci il tarixindən ADMİU-da Rəssamlıq fakültəsində dekan vəzifəsində işləyir. Xaricdə və respublikada müxtəlif nüfuzlu elmi jurnallarda 20 məqaləsi çapdan çıxmışdır. 6 fənn üzrə tədris proqramının müəllifidir. Həmmüəlliflə 2 dərsliyi nəşr olunub. Beynəlxalq miqyaslı rəsm sərgilərində iştirak etmişdir. Ailəlidir, iki övladı var.