Tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerinin mühazirəsi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında British Counsil təşkilatının təşəbbüsü ilə Böyük Britaniyanın tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerinin Kino və televiziya, Kulturologiya fakültələrinin tələbələri üçün mühazirə keçirilib. C.Keri həm siyasi xəbərlər, həm də Şərqi Avropanın mədəniyyəti və filmləri sahəsində çalışıb (“Əli və Nino” filminin rejissorudur). BBC və digər məşhur telekanallarda bir çox proqramların müəllifi olub. Hazırda beynəlxalq incəsənət üzrə verilişlər hazırlayır. Mühazirə Avropa İttifaqı və Şərq Tərəfdaşlığının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində keçirilib. C.Keri vurğulayıb ki, Bakı şəhəriylə ilk dəfə “Əli və Nino” əsəri ilə tanış olub. O, tələbələrlə öz təcrübəsi ilə bölüşərək, müasir mədəniyyət necə olmalı, incəsənətdə gözəllik anlamının hazırki durumu, eyni zamanda mədəni layihələrlə necə maddi gəlir əldə etmək, mədəniyyət sahəsində sənaye quruculuğu mövzularına toxunub.