Universitetin Kino rejissoru, Televiziya rejissoru və Operator sənəti ixtisası üzrə təhsil alan tələbələri öz kurs və diplom işlərinin çəkilişində studiyanın müasir texniki avadanlıqlarından səmərəli istifadə edirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2011-ci ildən fəaliyyət göstərən Televiziya və Kino-Tədris studiyasının tərkibinə aşağıdakı studiyalar daxildir:

  • Pavilyon
  • Video studiya
  • Fotostudiya
  • Video montaj

Eyni zamanda Televiziya və Kino Tədris studiyası universitetin bir sıra tədbir və konfranslarının, konsert və tamaşaların STS video və foto çəkilişini təmin edir. Burada fəaliyyət göstərən Montaj studiyası tələbələrin kurs və diplom işlərinin, universitetin tədbirlərinin montaj prosesini həyata keçirir.

Televiziya və kino tədris studiya müdiri – Həsənov Azər Tahir oğlu
Baş mütəxəssis – Əliyeva Günel Ələkbər qızı
Məsləhətçi – Şahmarqızı Aytac
Səs rejissoru – Rzayeva Səbinə Tamerlan qızı
Montaj mütəxəssisi – Azər Həsənov Tahir oğlu

Studiya müdiri

Azər Həsənov